Evdə çox sevdiyiniz turşular hazırlayarkən, əvvəlki il istifadə etdiyiniz bankalara üstünlük verə bilərsiniz. Ancaq bankaların müəyyən müddət saxlandıqdan sonra qoxuya başlamasından şikayət edənlərdənsinizsə, xəbərimiz məhz sizin üçündür!
Turşu qablarındakı pis qoxu, xüsusilə sirkə, meyvə, tərəvəz və qaya duzunun bir araya gəldiyi zaman meydana gələn kimyəvi reaksiyadan qaynaqlanır. Bu səbəbdən bankalarda çox kəskin qoxu yaranır. Bankaları qabyuyan yuyucu vasitə ilə yuyanda belə getməyən bu qoxudan xilas olmaq düşündüyünüzdən də asandır. Beləliklə, turşu qabındakı pis qoxudan necə qurtulmaq olar?
Qabyuyan qabı isti su ilə doldurun və sabunlu məhlul hazırlamaq üçün bir az qab sabunu əlavə edin. Boş turşu qabını sabunlu suya qoyun və qoxuya səbəb olan turşu suyu qalıqlarını təmizləyin.
3-cü mərhələdə heç bir materiala ehtiyac duymadan təbiətin köməyinə güvənməlisiniz. Bankaları bir neçə gün açıq havada və ya günəşli pəncərədə saxlamalısınız .
Bankalarınızı yarıya qədər ağ sirkə ilə doldurun. Qalan hissəsinə su əlavə edin və turşu qoxusunu udmaq üçün sirkə və su məhlulunun bir gecədə turşu qabında saxlayın.
Ertəsi gün səhər turşu qabını boşaldın. İçini və xaricini mətbəx dəsmalı ilə qurutun. Sonra şüşə qabın tam qurumasını gözləyin və təmizliyin qoxusundan həzz alın!