
Qida mütəxəssisi: Eyni ölçülü və bərk çiyələklər qeyri-təbii ola bilər
11:38 06.05.2025
Sağlamlıq
535
Uşaqlar, hamilə qadınlar və allergiyaya meyilli şəxslər üçün erkən mövsümdə alınan çiyələkdən uzaq durmaq tövsiyə olunur
Artıq xeyli vaxtdir ki, bazar və marketlərdə alıcılara mövsümü olmayan meyvələr, xüsusən də çiyələk təklif olunur. Bu giləmeyvəni alıb yeyən də var, almağa ehtiyat edən də. Mütəxəssislər deyir ki, A, B və C vitaminləri ilə zəngin olan çiyələyin insan orqanizminə faydası çoxdur. Gün ərzində 7-8 ədəd çiyələk yemək günlük C vitamini normasını ödəyir. Amma çiyələyi yeməzdən öncə mütləq şəkildə bol su ilə yuymaq lazımdır. Həmçinin təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsüm olmasına xüsusi diqqət edilməlidir.
Çiyələk əsasən nə zaman yeyilməlidir? Çiyələk seçərkən nəyə diqqət etmək lazımdır?
Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev Sherg.az-a deyib ki, çiyələk əsasən aprelin sonları və iyun ayının ortaları arasında yetişir:

“Bu dövrdə açıq havada, təbii şəraitdə yetişən çiyələklərin dadı, qoxusu və tərkibindəki vitaminlər daha balanslı, sağlam olur. Qış aylarında və yazın əvvəllərində satılan çiyələklər isə ya istixanalarda xüsusi şəraitdə, ya da idxal məhsulu kimi süni üsullarla yetişdirilir. Bu zaman məhsulun daha tez yetişməsi və iri olması üçün hormonlardan, pestisidlərdən və nitrat tərkibli gübrələrdən istifadə oluna bilər. İstehlakçı olaraq diqqətimizi ilk çəkən məqam çiyələklərin həddindən artıq iri, parlaq və eyni formalı olmasıdır. Halbuki təbii çiyələk bir qədər kiçik ölçülü, yumşaq və fərqli formalarda olur. Əgər meyvə çox parlaq və plastmas kimi görünürsə, bu onun kimyəvi maddələrlə yetişdirildiyindən xəbər verə bilər. Həmçinin dadı şirin olmasına baxmayaraq, təbii ətri yoxdursa, bu da süni yetişdirmənin göstəricisidir. Çiyələyi seçərkən diqqət edəcəyimiz bir neçə məqam var. Çiyələyin təbii ətri olmalıdır. Təbii çiyələyin ətri açıq şəkildə hiss olunur. Səthi parıltılı deyil, mat olmalıdır. Parlaq çiyələklər tez-tez cilalanmış və ya pestisidlərlə yuyulmuş olur. Qoxusuz, amma gözəl görünürsə, ehtiyatlı olmalıyıq. Qoxu yoxdursa, böyük ehtimalla süni yetişdirilib. Yumşaq və növbənöv ölçülü meyvələrə üstünlük versək daha yaxşı olar. Eyni ölçülü və bərk çiyələklər qeyri-təbii ola bilər. İstənilən halda çiyələyi yeməzdən əvvəl 10-15 dəqiqə sirkəli suda saxlayıb, bol su ilə yumaq məsləhətdir. Çiyələk torpağa yaxın bitdiyindən bakteriya və pestisid qalıqlarını özündə daha çox toplaya bilir. Erkən mövsümdə istifadə olunan gübrə və dərmanlar orqanizmdə zəhərlənmə, allergiya, həzm problemləri, hətta hormonal pozğunluqlar yarada bilər. Bu baxımdan xüsusən uşaqlar, hamilə qadınlar və allergiyaya meyilli şəxslər üçün erkən mövsümdə alınan çiyələkdən uzaq durmaq tövsiyə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm