1,5 milyon illik buzda gizlənmiş şifrə: Alimlər ən böyük sirri açmaq üzrədir
13:30 18.07.2025
Ekologiya
444
Alimlər keçmişlə gələcək arasında yeni bir əlaqə qurmağa çox yaxındır.
Sherg.az xəbər verir ki, 1,5 milyon ildən daha qədim olan bir buz nüvəsi, Yer kürəsinin iqlimi ilə bağlı həyati əhəmiyyət daşıyan məlumatları üzə çıxarmaq üçün əridiləcəyi Böyük Britaniyaya çatdırılıb.
Antarktikanın dərinliklərindən çıxarılan bu parlaq silindrik buz nüvəsi, planetin ən qədim buz nümunəsi hesab olunur. Onun içində iqlim dəyişikliyi ilə bağlı inqilabi məlumatlar gizlidir.
BBC buz nümunələrinin saxlandığı Britaniya Antarktika Araşdırma Mərkəzində yerləşən -23 dərəcədə olan dondurucu otağa daxil olaraq bu qiymətli buz nümunələrini görüntüləyib.
Mərkəzdə buz nüvəsi araşdırmaları üzrə rəhbər olan Dr. Thomasa görə, komandalar 800 min ildən daha əvvəl atmosferdəki karbon qazı səviyyələrinin bu günkü qədər, bəlkə də daha yüksək olduğu dövrlərə dair sübutlar tapa bilərlər.
Bu tapıntılar, Yer kürəsinin atmosferində toplanan istixana qazlarına gələcəkdə necə reaksiya verəcəyini anlamağa kömək edə bilər.
Buz dövrləri ilə isti dövrlər arasında keçid əvvəllər 41 min ildə bir dəfə baş verirdisə, bu hal sonradan qəfildən 100 min ildən bir baş verməyə başlayıb. Dr. Thomas bu dəyişimin səbəbini iqlim elminin “ən həyəcanverici hələ cavablandırılmamış suallarından biri” kimi xarakterizə edir.
Buz nüvələrində, dəniz səviyyəsinin indikindən daha yüksək, Antarktikada isə buz örtüklərinin daha az olduğu dövrlərə dair sübutlar ola bilər.
Buzda aşkarlanan toz izləri, buz təbəqələrinin necə geri çəkildiyini və bunun dəniz səviyyəsinin yüksəlməsinə necə təsir etdiyini anlamağa kömək edəcək.
Bu araşdırmalar, təkcə keçmişə işıq salmır, eyni zamanda iqlim dəyişikliyinə qarşı gələcək tədbirlərin planlaşdırılması baxımından da həyati önəm daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə