Son dövrlərin trendi olan “Sleepmaxxing”, həm yuxu müddətini, həm də yuxu keyfiyyətini maksimum səviyyəyə çatdırmağı hədəfləyən bir metod kimi gündəmə gəlib.
Sherg.az xəbər verir ki, yuxu problemi yaşayan bir çox insan "Sleepmaxxing" vasitəsilə müntəzəm yatma-oyanma saatları yaratmağı, yatmadan əvvəl ekran istifadəsini azaltmağı, otaq temperaturunu ideal səviyyədə saxlamağı, ışığı minimuma endirməyi məqsəd qoyur. İçində elmi əsaslar da olan bu üsul həqiqətən effektiv ola bilərmi?
Sosial şəbəkələrdə böyük maraq doğuran bu metodun ciddi şəkildə əməl edilməsi lazım olan addımları var. "Sleepmaxxing"dən maksimum fayda almaq üçün riayət edilməli qaydalar bunlardır:
1. Yuxu proqramı yaratmaq
Mütəxəssislər hər gün eyni saatda yatıb oyanmağın çox vacib olduğunu bildirir. Bu, daxili biologiyanın tənzimlənməsinə kömək edir və hər gün eyni saatda yuxuya getməyi daha asan edir.
2. Rutin yaratmaq
Zehni və fiziki olaraq rahatlamaq yuxuya keçidi asanlaşdırır. Bu səbəbdən yatağa getməzdən əvvəl 30–60 dəqiqəni kitab oxumaq, gündəlik yazmaq, dartınma hərəkətləri etmək və ya sakitləşdirici musiqi dinləmək kimi fəaliyyətlərə həsr etmək tövsiyə olunur.
3. Yataq otağını yuxu üçün hazırlamaq
Mütəxəssislər otağın sərin və qaranlıq olmasını məsləhət görür. İdeal yuxu temperaturu fərqli ola bilər, lakin çox vaxt 18°C yaxşı başlanğıc hesab edilir.
Nəfəs alan pambıq parçalardan olan keyfiyyətli yataq dəsti isə yuxu keyfiyyətinə ciddi təsir edir. Çünki yaxşı yataq dəsti bədənin temperaturunu tənzimləməyə kömək edir və bu, rahat yuxuda qalmağın əsas şərtlərindən biridir.
4. Günəş ışığına çıxışın asan olması
Sağlam yuxudan sonra oyanarkən günəş işığı almaq çox vacibdir. Günəş işığı sirkadiyen ritmlərimizi tənzimləyir və bədənin “oyan” siqnalını verir. Buna görə də səhər, az da olsa, bir nöqtədən işıq almaq tövsiyə olunur.
5. Yatmazdan əvvəl turş meyvələr yemək
Tədqiqatçılar turş meyvələrin bağırsaqlara faydalı olduğunu bildirir. Xüsusilə kivinin yuxuya keçidi asanlaşdırdığı qeyd edilir. Kivinin melatonin, serotonin və antioksidantlar baxımından zəngin olması səbəbindən yuxu keyfiyyətini artıra biləcəyi düşünülür.
Bu iddianı tam təsdiqləyən araşdırma hələ olmasa da, sağlam yuxu üçün sınamağa dəyər.