ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) Hindistanda aşkarlanan və ölüm faizi 40-75% olan Nipah virusunun ölkə xaricinə yayılma riskinin hazırda aşağı olduğunu açıqlayıb. Təşkilat bu səbəbdən səyahət və ticarət məhdudiyyəti tövsiyə etməyib.
Sherg.az xəbər verir ki, məlumata görə, virus əsasən yarasalardan və bəzi heyvanlardan insanlara keçir, insanlar arasında yoluxma isə çətin baş verir və uzunmüddətli təmas tələb edir. Hindistanda iki yoluxma faktı qeydə alınıb və xəstələrin müalicəsi davam edir.
ÜST bildirir ki, hazırda virusun Türkiyəyə yayılma riski yüksək sayılmır, lakin bir sıra Asiya ölkələri hava limanlarında nəzarəti gücləndirib. Nipah virusuna qarşı təsdiqli müalicə və ya peyvənd hələ mövcud deyil.