Ebola virusuna yoluxanların sayı 4000-i keçib

Konqo Demokratik Respublikasında sürətlə böyüyən Ebola epidemiyasında yeni bir mərhələnin baş verdiyi, yoluxma hallarının 4000-i keçdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "France24" məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ebola virusu ilə mübarizədə iştirak edən tibb işçilərinin bonusların verilməməsi ilə bağlı etiraz etdiyi də məlum olub