Heç nə qəfil baş vermir: 19 yaşlı gəncin ölümü böyük təhlükəni üzə çıxardı
Yusif Nəzərli
07:00 22.07.2025
Sağlamlıq
777
"İsti hava, enerji içkiləri və səhlənkarlıq - bunlar gəncləri ölümə aparan görünməyən təhlükələrdir"
UNEC-in tələbəsi qəfil vəfat edib. Bakupost.az xəbər verir ki, universitetin “Rus İqtisad Məktəbi”nin I kurs tələbəsi 2006-cı il təvəllüdlü Elmir Musayev iyulun 18-də qəflətən dünyasını dəyişib. Onun qan laxtalanmasından həyatını itirdiyi bildirilib.
Faciəvi hadisə ilə bağlı Sherg.az-a danışan həkim-terapevt Şahvələd Məmmədov qeyd etdi ki, isti havada qan laxtalanmasından ölüm halları baş verə bilir:
- Ola bilsin, vəfat etmiş həmin gəncdə ümumiyyətlə qan laxtalanması problemi olub. Bilavasitə isti havaların təsiri ilə bədəndə susuzlaşma gedib və toksikasiya artıb. Toksikoz vəziyyət yaranıb, bu da qan laxtalanmasının yüksəlməsinə və ya tromboemboliya fəsadlarının yaranmasına səbəb olub. Ağ ciyər arteriyasında və ya hansısa digər orqanda tromboemboliya nəticəsində də ölüm baş verib.
Həkim qeyd etdi ki, gənclər, uşaqlar arasında bəzi hallarda baş verən ölümləri “qəfil ölüm” adlandırmaq tibbi nöqteyi-nəzərdən düzgün deyil. Ölüm qəfil olmur. Gözlənilməz də olmur. Hər bir ölüm konkret səbəbə bağlıdır. Ölümlə bağlı “qəfil” və ya “gözlənilməz” ifadələri xəstəlik barədə məlumatsızlıqdan doğur. Ailə üzvünün səhhətindəki hansısa problemdən valideynlər xəbərsiz olur, yaxud da önəm vermirlər, ciddi yanaşmırlar. İnsanlar yanlış olaraq düşünür ki, gənc adamın sağlamlıqla bağlı problemi ola bilməz, olmamalıdır. Uşaqları hətta həkim müayinəsinə nadir hallarda aparan valideynlər var:
- Uşaq məktəbə gedəndə doğru-düzgün tibbi müayinədən keçirilmir. Poliklinikadan tibbi arayış alıb məktəbə təqdim edirlər, bununla da iş bitir. Halbuki erkən yaşda hərtərəfli müayinə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması üçün əsasdır. Uşağın ürək-damar sistemində problem ola bilər, görmə, eşitmə, duyma qabiliyyəti zəif ola bilər, bəlkə mədə-bağırsaq sistemində problem var. Uşağın qanı yoxlanmalıdır, laxtalanma nə dərəcədir, yüksəkdir, yoxsa aşağıdır. Qanda hemoqlobinin faizi yoxlanmalıdır, qan azlığı olub-olmadığı bilinsin. Bütün bunlar uşaq böyüdükcə müəyyən fəsadlar yarada bilər. Söhbət 19 yaşlı gəncdən gedir. Niyə bu gənc “qəfil” dünyasını dəyişib? Demək ki, səhhətində hansısa problem, çatışmazlıq olub. Yenə də dəyirəm ki, gözlənilməz, qəfil ölüm kəlməsi tibbi baxımdan düzgün deyil. Heç nə qəfil baş vermir. Bizim insanların qəfil adlandırdığı ölümlərin hər birinin köklü, ciddi səbəbləri vardır.
Ş.Məmmədov bildirdi ki, son illərdə ürək xəstəlikləri, damar tutulmaları, hipertoniya, infarkt, insult, şəkərli diabet, böyrək, qara ciyər çatışmazlığı xəstəlikləri artıb:
- Bunların hər birinin səbəbləri var. Burada irsiyyət, genlər də rol oynayır, insanların necə həyat tərzi keçirmələri də. İnsan necə həyat tərzi keçirir, necə qidalanır, iş şəraiti necədir, işindən razıdırmı, evdə vəziyyət normaldırmı, necə istirahət edir, normal yuxu rejimi varmı, əsəb, stress keçirirmi, ruhi-psixoloji durumu hansı vəziyyətdədir, hansı xəstəliklər keçirib, xroniki xəstəlikləri varmı... Bunlar hamısı aydınlaşmalı, müəyyənləşməlidir ki, bu insanın konkret sağlıq durumu nə vəziyyətdədir. Biz Covid-19-u yaddan çıxarmamalıyıq. Koronavirusun ürək-damar, infarkt və iflic təhlükəsini artırdığı, damarlarda daralma yaratdığı, bunun da infarkt, iflicə səbəb ola biləcəyi ilə bağlı ÜST-də xəbərdarlıq edirdi. Ümumiyyətlə, xroniki xəstələr, qan təzyiqi yüksək olanlar, diabet xəstələri daim risk altındadır. Ürək dayanmaları daha çox kardioloji problemlərdən baş verir. Hazırda ürək-damar xəstəlikləri 40-60 yaş dövrü insanlar arasında geniş yayılıb. Sağlamlığa ziyanlı vərdişlər, qeyri-sağlam həyat tərzi ürək xəstəlikləri riskini artırır. Gənclər arasında da zərərli vərdişlər çox yayılıb. Siqaret çəkirlər, spirtli içki istifadə edirlər, enerji içkiləri böyük təhlükədir qan dövranı üçün, amma baxırsan ki, az qala hamının əlində enerji içkisi var. Zərərli qidalar da həmçinin. Fəst-fudlar, ayaqüstü qidalanma piylənməyə, damarların tutulmasına, qan dövranının pozulmasına gətirib çıxarır. İdmanla az məşğul olurlar. Bunlar hamısı orqanizmi zəiflədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət