“Sağlam ailə modelinin təşviqi” layihəsinin icrası davam edir

“Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilən “Sağlam ailə modelinin təşviqi” adlı layihənin icrası davam edir.

QHT.az xəbər verir ki, layihənin fəaliyyət planına uyğun olaraq Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində növbəti seminar keçirilmişdir. Seminarda Şirvan şəhər İcra Hakimiyyətinin qəsəbə icra nümayəndəliyinin məsul işçisi İlham Şahgəldiyev və qəsəbə sakinləri iştirak etmişlər.

Layihə rəhbəri layihənin məqsədləri, nəzərdə tutulmuş fəaliyyətlər, əldə olunacaq nailiyyətlər və s. haqqında geniş məlumat verdi. Sonra seminar iştirakçılarına videoformatda təqdimat göstərilmişdir. Təqdimatdan sonra qəsəbə sakinləri müzakirələrə qoşulmuş, ailə dəyərləri barədə fikirlərini səsləndirmişlər. Seminarın sonunda nümayəndəliyin məsul işçisi İ. Şahgəldiyev gənclərə öz tövsiyyələrini çatdırmışdır.

Çay fasiləsi zamanı da müzakirələr davam etdirilmişdir.