Kardioloq: Küləkli günlər infarktlar yaradır
Yusif Nəzərli
07:57 06.02.2024
Sağlamlıq
710
Meteohəssas insanlara zərərli vərdişlər və ağır qidalardan imtina etmək tövsiyə olunur
Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevralın 5-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Qeyd edək ki, insan təbiətlə çox sıx əlaqədə olduğu üçün təbiətdə baş verən dəyişikliklər də insan orqanizminə təsirsiz ötüşmür. Hava şəraitinin kəskin dəyişilməsi, məsələn, güclü şimal küləyinin cənub küləyiylə əvəz olunması, temperaturun kəskin artıb azalması, rütubətin artması bir qrup şəxslərin səhhətində problem yaradır. Bu insalar meteohəssas insan adlanır. Mütəxəssislərin dediyinə görə, meteohəssaslar üçün küləyin hansı tərəfdən əsdiyi də böyük önəm daşıyır. Məsələn, cənub-qərb küləyi ürək-damar sistemləri xəstələri üçün əlverişsizdir. Ümumilikdə isə meteohəssas insanların əziyyət çəkdiyi xəstəliklərə ürək-damar xəstəlikləri (ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, arterial hipertoniya), tənəffüs sistemi xəstəlikləri (allergik rinit, bronxial astma) və revmatoloji sistem xəstəlikləri (revmatoid artrit, poliartrit və s.,) aiddir.
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Rafiq Yusiflinin "Sherg.az"a açıqlamasına görə, meteohəssas insanlara zərərli vərdişlər və ağır qidalardan imtina etmək tövsiyə olunur:
“İstər sağlam insanların, istərsə də xəstələrin orqanizmində baş verən bütün proseslər və bioritmlər, fəsillərin hamısı insanların sağlamlığı ilə əlaqəlidir. Cavan və sağlam insanlarda təbiətin qeyri-sabitliyinə uyğunlaşma yüngül, ciddi əlamətlər törətmədən keçir. Yaşlılarda və xüsusilə ürək-damar, ağ ciyər, sinir sistemi xəstəlikləri olanlara da təsirsiz ötüşmür. Belə ki, orqanizmin uyğunlaşma prosesi çətinləşir, diskomfort və insanların səhhətində müəyyən problemlər yarana bilər.
Ətraf mühitdə baş verən hadisələrə ən həssası isə mərkəzi sinir və ürək damar sistemidir. Müşahidələr göstərir ki, xüsusilə qış mövsümündə adi hal olan surətli (8 m/saniyədən çox) soyuq şimal, cənub küləkləri olduğu günlər arterial hipertoniya, ürəyin işemik xəstəliklərinin kəskinləşməsi, hipertonik krizlər, miokard infarktı, aritmiyalara təsir edir. Bundan əlavə, havanın nisbi rütubətinin artdığı günlərdə boğulma, ürək astması, ağciyər ödəmi hallarının baş vermə ehtimalı olur.
Qeyd edilən hava şəraiti ilə əlaqəli mərkəzi sinir sisteminə aid ən çox baş ağrısı, miqren tutmaları, halsızlıq, əzginlik, tez yorulma, baş gicəllənmə, əzələ, oynaq ağrıları və s. müşahidə olunur. Məhz buna görə də, sinoptiklər haqlı olaraq meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanları əvvəlcədən xəbərdar edirlər. Hava bizə uyğunlaşmasa da, biz ona uyğunlaşmağı bacarmalıyıq”.
R.Yusifli deyib ki, soyuq hava ilə nəfəs almağın, orqanizmin soyuq hava təsirinə məruz qalan nahiyələrində, üzdə, sinədə, eləcə də, hava şəraitinə uyğun geyinməmək nəticəsində bədən damarlarında sıxılma-spazmın baş verməsidir:
“Yüksək qan təzyiqi olanlarda arteriyalarda tonus yüksək və sıxılmış olur. Soyuq havada bunlar bir az da artır və qan təzyiqi daha da yüksəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya