Məktəbə qayıdış dövrünün yaratdığı emosional gərginliyi həm uşaqlar, həm də valideynlər yaşayır. Bu prosesi daha asan keçirmək üçün pozitiv təsdiq cümlələrindən istifadə etmək faydalıdır.
Bəs, təsdiq cümlələrindən necə istifadə etmək olar?
Bu qısa və pozitiv ifadələri uşaqlara səhər demək, hamam güzgüsünə yazmaq, məktəb çantasına və ya yemək qutusuna qeyd qoymaq, yapışqan kağızlara yazaraq gün ərzində oxutmaq, mesaj şəklində göndərmək və ya həftənin pozitiv cümləsini seçmək olar.
Kiçik uşaqlar üçün:
“Bu günə hazıram.”
“Hisslərimi yaşamağım normaldır.”
“Mən önəmliyəm.”
“Məni sevirlər.”
“Çətinliklərin öhdəsindən gələ bilərəm.”
“Mən mehribanam.”
“Mən yaxşı dostam.”
“Paylaşa və növbə gözləyə bilərəm.”
“Mən yaxşı dinləyiciyəm.”
“Ehtiyacım olanda kömək istəyə bilərəm.”
“Hər şeyi öyrənə bilərəm.”
“Səhvlərimi bağışlayır və onlardan dərs çıxarıram.”
“Mən təhlükəsizdəyəm və mənə qayğı göstərilir.”
“Mən cəsuram.”
“Yenidən cəhd etməyimdə heç bir problem yoxdur.”
“Mən bənzərsizəm.”
“Mənim gözəl ideyalarım var.”
“Mən ağıllıyam.”
“Mən yaxşıyam.”
Yeniyetmələr üçün
“Problemlər inkişaf etməyimə kömək edən çətinliklərdir.”
“Özümü yalnız keçmişdəki halımla müqayisə etməliyəm.”
“Məqsədim mükəmməllik deyil, irəliləyişdir.”
“Düzgün seçimlər edirəm.”
“Olduğum kimi yetərləyəm.”
“Əlimdən gələnin ən yaxşısını etməyim kifayətdir.”
“Nəzarət edə biləcəyim yeganə insan özüməm.”
“Özünə qarşı dürüst ol.”
“Özümlə fəxr edirəm.”
“Mənim səsim və fikirlərim önəmlidir.”
“Mən dəyişiklik yarada bilərəm.”
“Özümə inanıram.”
Məqalədə vurğulanır ki, bu cümlələr uşaqlara özlərinə inanmağı, çətinliklərin öhdəsindən gəlməyi, səhvlərdən nəticə çıxarmağı və başqalarının təsdiqindən asılı olmadan öz dəyərlərini görməyi öyrətməyə kömək edə bilər.