Nadir xəstəliklə mübarizə aparan belçikalı fenomen 28 yaşında vəfat edib

Nadir genetik xəstəlik olan progeriya ilə mübarizə aparan belçikalı fenomen Mişiel Vandeveert 28 yaşında dünyasını dəyişib.

Sherg.az xəbər verir ki, uşaqlıq yaşlarında diaqnoz qoyulan Vandeveert sosial şəbəkələrdə xəstəliklə həyatını paylaşaraq minlərlə insanın diqqətini çəkmiş və progeriya ilə bağlı maarifləndirmə aparmışdı.

Həyatının yalnız 12 yaşına qədər davam edəcəyi deyilən Mişiel bu proqnozu aşaraq 28 yaşına qədər yaşayıb.

Onun vida mərasiminin azarkeşi olduğu KRC Genk klubunun stadionunda keçirilməsi planlaşdırılır.