Orqanizmə kifayət qədər su daxil olmayanda kökəlmə baş verir
19:59 20.06.2021
Sağlamlıq
640
Mütəxəssislər deyirlər ki, suyun insan orqanizminə 50-dən çox faydası var. Gün ərzində 2 litr maye qəbul edilməsi isə vacib məsələlərdən biridir.
Su qanda, sümükdə və beyində optimal nəm səviyyəni saxlamağa kömək edir, onurğa və beynin fəaliyyəti üçün vacibdir. Çox su içmək oynaq ağrılarının qarşısını alır, həzm prosesini sürətləndirir, həm də qidanın qəbulunu, toksinlərin və şlakların orqanizmdən xaric olmasını təmin edir.
Sherg.az bildirir ki, həkim-terapevt Taleh Abbasov AZƏRTAC-a deyib: "Hər səhər yuxudan oyanan kimi 1 və ya 2 stəkan, hər dəfə yeməkdən əvvəl yarım stəkan su qəbul edilməsi çox faydalıdır. Suyun qidalanmadan yarım saat əvvəl və qidalanmadan 1 saat sonra qəbul edilməsi məsləhətdir. Təəssüf ki, əksər hallarda qidadan əvvəl su qəbul edilmədiyinə görə, qidadan sonra tez susuzlaşma baş verir".
Acanda çox yeməmək olar. Amma susayanda mütləq su içmək lazımdır. Əks halda bədənin həddindən artıq su itirməsi halında toxuma boşluqları, oynaqlar, böyrəklər və qaraciyərdə problemlər yarana bilər.
"Su qəbizlikdən əziyyət çəkənlər və həzm problemi olanlar üçün çox əhəmiyyətlidir. Orqanizmə kifayət qədər su daxil olmayanda kökəlmə baş verir, çünki orqanizmdə gedən bütün proseslərdə su böyük rol oynayır",- deyə həkim-terapevt əlavə edib.
Su bütün qida, vitamin və mineralların təməlidir. Soyuq aylarda olmasa da, havanın isti keçdiyi günlərdə çoxlu su qəbul etmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə