Orta əsrlərdə diş fırçası yox idi, bəs insanlar dişlərini necə təmizləyirdi?

Müasir diş fırçası və diş məcunu olmasa da, Orta əsr insanları ağız gigiyenasına laqeyd yanaşmırdı. Sherg.az xəbər verir ki, tarixçilərin araşdırmalarına görə, həmin dövrdə insanlar dişlərini kətan parça ilə silir, adaçayı, duz, nanə, rozmarin kömürü və müxtəlif ədviyyatlardan hazırlanan təbii qarışıqlardan istifadə edirdilər.

Ağız qoxusunu aradan qaldırmaq üçün isə şərab və ya sirkə əsaslı qarqaralar hazırlanır, həmçinin razyana toxumu, cəfəri və mixək çeynənirdi.

Araşdırmalar göstərir ki, Orta əsrlərdə şəkər istehlakı bugünkü qədər geniş yayılmadığından diş çürüməsi də düşündüyümüz qədər çox olmayıb. Lakin insanlar diş aşınması və güclü diş ağrıları ilə tez-tez üzləşirdilər. O dövrdə müasir müalicə üsulları olmadığından, ağır hallarda dişlərin çıxarılması əsas çıxış yolu sayılırdı.