Öskürəyi kəsir: 3 damcı kifayət edəcək
Yusif Nəzərli
06:49 28.01.2024
Sağlamlıq
642
Qripə qarşı ən təsirli vasitə evkalipt yağıdır
Yayılan qrip insanların həyatını “zəhərə” döndərib, desək, əsla yanılmarıq. Yuxarı tənəffüs yollarının xəstəlikləri çox yayılıb və az qala, hər 2 nəfərdən birində qızdırma, öskürək, burun tutulması, halsızlıq, iştahsızlıq, baş ağrıları ilə müşayiət olunur. Ən pisi də budur ki, sağalmağa doğru getdiyi zaman bir çoxları yenidən yoluxur və xəstəlik bitmək əvəzinə təkrarlanır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən mütəxəssislərin öskürək və burun tutulmasına qarşı təklif etdiyi təbii müalicə vasitəsi haqqında oxucuları məlumatlandırır. Mütəxəssislərin fikrincə, qripə qarşı ən təsirli vasitə evkalipt (okaliptus) yağıdır. Bu yağ qrip və soyuqdəymə əlamətlərinin aradan qaldırılmasına güclü təsir edir, immuniteti gücləndirir. Evkalipt ağacının yarpaqlarından əldə edilən yağ xüsusilə qrip xəstəliyinin əlamətlərini yüngülləşdirmək gücünə malikdir. Onun əsas üstünlüyü nəfəs yollarını açmasıdır. Bu yağ sayəsində tıxanmış nəfəs yolları açılır, insan özünü rahat hiss edir. Evkalipt yağı həm də bəlğəmgətiricidir. Tərkibindəki sineol bəlğəmi yumşaldır, nəfəs borusundan, ağ ciyərlərdən xaric olmasını sürətləndirir. Sineol maddəsi ağacın toxumlarından əldə edilir. Xoş ətrinə görə hətta bu maddədən kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur. Evkalipt yağından istifadənin müxtəlif üsulları var. İsti suya sadəcə 3 damcı okaliptis yağı damızdırmaqla burun tıxanıqlığı və öskürəyi dəf etmək olar. Bunun üçün isti suya bir neçə damçı yağ damızdırıb üzü buxarlanan suya tərəf tutmaq yetərlidir. Yaxşı olar ki, başınıza dəsmal salasınız, bu, buxarın ətraflara yayılmamasını, nəfəs orqanlarına yayılmasını təmin edəcək. Nəticədə burundakı tıxanıqlıq yox olacaq, daha rahat nəfəs ala biləcəksiniz. Evkalipt yağı damızdırılmış isti suyun buxarı boğaza da müsbət təsir edəcək, bəlğəmi yumşaldacaq. Tərkibində yağ olan isti buxar mikrobları məhv edəcək, nəfəs yollarını açacaq. Evkalipt yağını Hindistan cevizi yağıyla qarışdırıb eyni üsuldan istifadə etmək də olar. Bu yağlar birlikdə daha güclü təsirə malikdir. Bu yağdan bir neçə damcı qaynadılmış suya əlavə edib boğazı qar-qara etmək də yaxşı effekt verir. Bu maye boğazdakı zərərli bakteriyaları məhv edir. Evkalipt yağının baş ağrısına, diqqətin artmasına müsbət təsiri də qeyd edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya