
Pediatr: Hepatit A virusu uşaqlara çirkli su və qidalardan keçir
Yusif Nəzərli
08:03 28.01.2024
Sağlamlıq
565
Öpüşmək, qucaqlaşmaq, yeməklərin paylaşılmasından uzaq durulmalıdır
Son günlər Azərbaycanda daha bir virusun Hepatit A (HAV Ig M)-ın yayılması ilə bağlı məlumatlar yayılıb. Mütəxəssislərin tövsiyəsinə görə, uşaqları hepatit A-dan qorumaq üçün valideynlər və təhsil ocaqları gigiyenik normalara daha ciddi riayət etməlidir.
Pediatr Nurəngiz Hacıyevanın sözlərinə görə, profilaktik qaydalara düzgün riayət etdikdə xəstəlik adətən öz-özünə sağala bilir və çox vaxt qaraciyərdə zədələnmə yaratmır.
Pediatr "Sherg az"a açıqlamasında deyib ki, hepatit A virusu uşaqlara çirkli su və qidalardan keçir:

"Viruslar qol saatı, telefon, yazı stolu, ayaqyolundakı qapı dəstəkləri, əl-üz yuyan çanaqlar, sabun və bir çox mikrobla zəngin əşyalarla yayılır. Bu səbəbdən də ictimai yerlərdə (bağça, məktəb, ali məktəb, xəstəxana, idman zalı) gigiyenik normalara riayat edilməlidir.
Hepatit keçirən insanlarda heç bir əlamət görülməyə bilər. Bəzən xəstəliyə diaqnoz qoyulmadan yüngül qarın getmə ilə keçib gedə bilər. Hepatit A-nın əsas əlamətləri isə halsızlıq, iştahsızlıq, qarında ağrı, ürəkbulanma, dəri və gözdə saralma, sidiyin rənginin tündləşməsidir. Diaqnoz qan analizinə əsasən qoyulur. Müalicə zamanı xəstə yataq rejimində olmalıdır. Qusma və halsızlıq olarsa, venadaxili infuziya aparılır. Uşağa rahat həzm olunan qidalar verilməlidir. Yağsız qidalara, meyvə və tərəvəzə üstünlük verilməlidir. Virusdan qorunmaq üçün gigiyenik qaydalara riayat edilməli və əl yuma vərdişi ciddiləşməlidir.
Öpüşmək, qucaqlaşmaq, yeməklərin paylaşılmasından uzaq durulmalıdır.
Restoranlarda qida sifariş edərkən daha çox isti və bişmiş yeməklərə üstünlük vermək lazımdır. Uşaqlarınıza məktəb üçün yeməkləri evdən qoymağınız məsləhətdir. Otaq temperaturunda servis edilən yeməklər, küçədə satılan qidaları almayın. Meyvə və tərəvəzləri təmiz yuyun. Soyulmamış və yuyulmamış meyvə və tərəvəzləri yemək, kiminsə stəkanından və ya butulkasından su içmək məsləhət deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya