Qrip olanlar oxusun
00:54 16.10.2022
Sağlamlıq
534
Mövsümü dəyişiklər zamanı insanların çoxunda depressiya, müxtəlif xəstəliklər, xüsusən də qrip müşahidə olunur. Temperaturun artması, immunitetin zəifləməsi, halsızlıq, iştahsızlıqla yanaşı burun axıntısı, öskürək də vəziyyəti çətinləşdirir.
Axşam.az ev şəraitində qripi sağaltmağının yollarını, xəstəlik müddətində nə ilə qidalanmalı olduğunuzu təqdim edir.
1. Qrip, öskürək və soyuqdəymə zamanı faydalı olan gəndalaş immunitet sistemini gücləndirir, soyuqdəyməni aradan qaldırır. Nanə ilə dəmlənərək istehlak etməyiniz tövsiyə olunur.
2. Zəncəfil və limon qarışımı soyuqdəyməyə, həmçinin yağlı yeməkdən sonra həzmə kömək edir. Boğazınızda ağrı, bədəninizdə halsızlıq hiss edirsinizsə, təzə rəndələnmiş zəncəfilə limon suyu və bal əlavə edərək istehlak edin.
3. Qara bibər tozu ilə hazırlanan çayla ağzınızı qarqara etməklə boğazdakı ağrı və infeksiyalardan qurtula bilərsiniz.
4. C vitamini ilə zəngin olan itburnu isə bədənin müqavimətini artırmağa kömək edir.
5. Cökə ağacının çiçəkləri iltihab əleyhinə və ağrı kəsici xüsusiyyətlərə malikdir. Soyuqdəymə hallarında boğazda qıcıqlanmanı azaltmağa və müalicəni sürətləndirməyə yardımçı olur.
6. Sarımsaq istehlak etməklə qanın antioksidant tutumunu artıra bilərsiniz ki, bu da immunitetinizi gücləndirəcəkdir.
Qida ilə yanaşı istirahət, bol maye qəbul etmək mütləqdir. Soyuqdəymə zamanı insanlar fərqində olmasalar da maye itirirlər. Bu səbəbdən balansı qorumağa çalışın. Belə ki, gündə ən az 2 litr su qəbul edən insanlarda soyuqdəymənin qripə çevrilmə hallarının daha az olunduğu müşahidə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm