Quru alma nə üçün faydalıdır - Bioloq izah edib

Quru almaların tərkibində C vitamini və bağırsaqlarda normal mikrofloranın formalaşmasına kömək edən pektin var.

Sherg.az xəbər verir ki, bu barədə dosenti, bioloq Vitali Napolov danışıb.

“Quru almalar təzə almalardan daha kalorilidir, lakin əlavə şəkər olmadığı üçün mürəbbə və ya kompotda olan meyvələrdən xeyli az kaloriyə malikdir. Onların tərkibində daha çox C vitamini və bağırsaq peristaltikasını stimullaşdıran, qəbizliyin qarşısını almağa və normal bağırsaq mikroflorasının formalaşmasına kömək edən pektin qorunub saxlanılır”, - deyə Napolov "NEWS.ru"ya bildirib.

Bioloqun sözlərinə görə, quru almaların tərkibində immunitetin güclənməsinə kömək edən müxtəlif antioksidantlarla yanaşı, yod, sink, selen, mis və kalium kimi minerallar da var. Bu maddələr normal arterial təzyiqin və ürəyin fəaliyyətinin qorunmasına kömək edir.

Napolov qeyd edib ki, quru almaların yüksək kalorili olması səbəbindən şəkərli diabet, insulinrezistentlik və piylənmə zamanı onların istehlakından çəkinmək lazımdır. Sağlam insan üçün isə gündə 30-50 qram quru alma kifayətdir.

Mütəxəssis quru almaların təxminən 60 faiz rütubət şəraitində bir ildən çox olmayaraq saxlanmasını və rütubət və temperaturun kəskin dəyişməsindən qorunmasını tövsiyə edib.

Napolov saxlama üçün hava keçirən qablardan - kətan kisələrindən, karton və ya kağız qutulardan, həmçinin kağız paketlərdən istifadə etməyi məsləhət görüb.