Samux rayonunda ət məhsulundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı artıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, faktla bağlı daha 4 nəfər xəstəxanaya gətirilib.
2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Nargilə Babayeva, 1974-cü il yəvəllüdlü Tünzalə Cabbarova və 1984-cü il təvəllüdlü Şəmil Hacıyev Gəncə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxananın yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.
***
10:44
Samuxda baş verən hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, hadisə nəzarətdədir.
"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - məlumatda vurğulanıb.