Sızanaqlardan xilas olmağın yolu
Yusif Nəzərli
01:14 05.02.2024
Sağlamlıq
544
Sızanaqlar əsasən gənc yaşlarda görülən dəri problemidir.
Bəzən daxili orqanların xəstəliyindən xəbər verən bu problemin aradan qaldırılması üçün mütləq həkim müayinəsindən keçilməlidir. Təbii üsulla hazırlanan dəmləmələr də əksər hallarda sızanaqların azalmasına kömək edir.
Bu vasitələri kifayət qədər uzun müddət ərzində (1 ay və daha artıq) istifadə etsəniz yaxşı nəticə ala bilərsiniz.
2 xörək qaşığı palıd qabığının üzərinə 2 stəkan su töküb yarım saat vam odda qapaqla örtüb qaynadırlar. Soyumuş palıd qabığı dəmləməsini səhər və axşam problemli dərinin silinməsində istifadə edirlər.
Hər biri 1 çay qaşığı olmaqla qurudulmuş çobanyastığı çiçəkləri, nanə yarpaqları və yaşıl çay götürərək, üzərinə bir stəkan qaynar su əlavə edib tam soyuyana qədər saxlayın. Alınmış bu dəmləmə ilə üzün problemli dərisini səhər və axşam silmək lazımdır.
1 xörək qaşığı qurudulmuş çobanyastığı çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edib 10-15 dəqiqə dəmlədikdən sonra süzün. Bu dəmləmə ilə sızanaqların əmələ gəlməsinə daha çox məruz qalmış dəri sahələrinə ilıq şəkildə kompreslər qoyun.
Aloye bitkisinin yarpaqlarının şirəsi sızanaqlara qarşı mübarizədə yaxşı kömək edir. Onun hazırlanması üçün aloye yarpaqları qaynamış su ilə yuyulub qurudulur və 10 gün müddətində qaranlıq sərin yerdə saxlanılır. Bundan sonra yarpaqları xırdalayın və şirəsini sıxın. Bu şirə ilə dərini hər gün silin.
Xalq təbabəti vasitələrindən, adətən, mürəkkəb olmayan sızanaqlı səpgilərin müalicəsi üçün istifadə etmək olur./axsam.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya