Tədqiqatçılar: İnsan orqanları müxtəlif sürətlə qocalır
19:51 20.03.2022
Sağlamlıq
627
Biz amansızcasına qocalırıq, lakin orqanlarımız müxtəlif tempdə təravətini itirir.
Sherg.az AZƏRTAC-a istinadən bildirir ki, "Cell Reports" jurnalında dərc olunan tədqiqatda insan orqanizmində çoxsaylı "saat"ların mövcudluğu barədə söhbət açılır.
Çin alimlərinin rəhbərlik etdiyi beynəlxalq qrup kişi və qadınların müxtəlif orqanlar sisteminin bioloji yaşını təyin edib.
Tədqiqatçılar aşkarlayıblar ki, müxtəlif orqanların və sistemlərin bioloji yaşı heç də həmişə üst-üstə düşmür. Hərçənd, adətən belə hesab edirlər ki, sağlam çəki və fiziki hazırlıq səviyyəsi bu orqanlara yaxşı təsir göstərir.
Tədqiqata əsasən, bağırsağın daha müxtəlif mikroflorası onun cavanlığına işarə edir, eyni zamanda, böyrəklərin qocalmasını göstərir. Çünki tədqiqatçıların fikrincə, mikroorqanizmlərin müxtəlifliyi onları daha fəal işləməyə məcbur edir.
Alimlər bu qənaətə gəliblər ki, belə uyğunsuzluq insanın bütün bədəni üzrə çoxsaylı "saat"ların mövcudluğuna işarə edir.
Eksperimentdə Çinin Şençjen şəhərində yaşayan və yaşı 20-dən 45-dək olan 4066 könüllü iştirak edib. Təcrübə iştirakçılarında qan və nəcis nümunələri götürülüb, həmçinin üzlərinin dərilərinin vəziyyəti nəzərə alınıb və fiziki hazırlıqları qiymətləndirilib. İştirakçıların 52 faizini qadınlar, 48 faizini isə kişilər təşkil edib.
Tədqiqatçılar metabolizmin sürəti və immunitetin vəziyyəti kimi 403 xarakteristikanı ölçərək, onları 9 kateqoriya üzrə təsnifatlandırıblar: ürək, böyrəklər, qaraciyər, cins, üzün dərisi, qidalanma, immunitet, fiziki forma və bağırsağın mikroflorası.
Sonra alimlər orqanizmin müxtəlif sistemlərini bir-biri ilə əlaqələndirmək, könüllüləri onların bioloji yaşları ilə müqayisədə daha tez, yaxud daha gec qocalmalarını dəyərləndirməkdən ötrü qocalma sürətinin indeksini işləyib hazırlayıblar.
Tədqiqata əsasən, bəzi insanlarda artıq çəki ilə bağlı metabolizm problemi səbəbindən qocalma prosesi sürətlə keçə bilər, eyni zamanda digərlərində qaraciyərin qocalması daha yüksək sürətlə baş verə bilər.
Alimlərin sözlərinə görə, bu nəticələr sağlamlığın vəziyyətinin yaxşılaşdırılması, həmçinin gələcəkdə qocalma proseslərini ləngitmək üçün müdaxilə məqsədləri qismində istifadə oluna bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın parçalanmasına qarşıyıq - Hakan Fidan
20:11 12.03.2026
Dünya
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
19:59 12.03.2026
Cənubi Qafqaz
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət
Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək
17:12 12.03.2026
Gündəm
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm