- Kişilərin təxminən yarısı, 18 yaşdan yuxarı qadınların isə hər dördündən biri siqaret çəkir
Türkiyədə adambaşına gündəlik orta siqaret istehlakı 17,1 ədəd təşkil edir. Bu göstərici ilə ölkə dünyada birinci yerdədir.
Sherg.az xəbər verir ki, pulmonoloq professor Şevket Özkaya bildirib ki, inkişaf etmiş ölkələrdə siqaret istifadəsi azalarkən, inkişaf etməkdə olan ölkələrdə artmaqda davam edir.
Onun sözlərinə görə, ötən il Türkiyədə təxminən 8 milyard qutu siqaret satılıb. Bu, ölkədə yaşayan hər bir insanın, yeni doğulan körpələr də daxil olmaqla, orta hesabla 100 qutu siqaret istehlak etməsi deməkdir.
Özkaya həmçinin qeyd edib ki, Türkiyədə kişilərin təxminən yarısı, 18 yaşdan yuxarı qadınların isə hər dördündən biri siqaret çəkir.