Uğur Şahin həyəcanı azaltdı
Yusif Nəzərli
07:25 01.12.2021
Sağlamlıq
508
Professor bəşəriyyəti rahatladan açıqlama verib
COVİD-19-a qarşı peyvənd istehsal edən “Moderna” şirkətinin direktoru Stefan Bancel İngiltərənin “Financial Times” jurnalına açıqlamasında hazırda istifadədə olan peyvəndlərin koronavirusun yeni variant “Omicron”a qarşı təsirsiz olduğunu bildirib:
“Bu peyvəndlərdən “Delta” ştamında gördüyümüz təsiri gözləməyə dəyməz. Yox belə bir dünya!”. “Şərq” “Milliyet.com”a istinadən qeyd edir ki, BioNTech şirkətinin qurucularından türk professor Uğur Şahin “Moderna” sahibinin açıqlamasının yaratdığı həyəcanı azaldıb.
U.Şahin bəşəriyyəti rahatladan açıqlama verib. Professor Almaniyanın Maynz şəhərində keçirilən 25-ci Aydın Doğan Vəqfi Ödül Törənindən əvvəl sualları cavablandırıb:
“Omicron" variantı ilə bağlı qorxmağa, həyəcanlanmağa, panikaya düşməyə dəyməz. Variantın çox fərqli mutasiyaları olduğunu bilirik. Peyvəndlər bu varianta daha az təsir edəcək, amma xəstəliyin ağır gedişatından qoruyacaq. Peyvəndlər xəstəliyin ağırlaşmasına qarşı immunitet əmələ gətirir. Üçüncü doza peyvənd vurduqdan sonra orqanizm yüksək qoruma gücünə malik olacaq”.
Xatırladaq ki, S.Bancel hazırda istifadədə olan COVİD vaksinlərinin “Omicron” variantına qarşı nə dərəcədə təsirli ola biləcəyini təxmin etməyin çətinliyindən danışmışdı.
“Moderna” sahibi bildirmişdi ki, yeni variantla bağlı müayinə cavablarının gəlməsini gözləyirlər. Lakin elm adamları vəziyyətin heç də yaxşı olmadığı fikrindədir. S.Bancel hesab edir ki, virus mutasiyaya uğradıqca vaksinlərin tərkibinə də dəyişiklik edilməlidir. Lakin bu proses aylarca sürə bilər. Qeyd edək ki, “Moderna” sahibinin məhz bu açıqlamasından sonra Avropa birjalarında eniş qeydə alınıb. ÜST də koronavirusun yeni variantı barədə “qlobal təhlükə çox böyükdür” açıqlamasını vermişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya