Ürək sağlamlığı üçün faydalı olan 3 meyvə

Meyvələrlə zəngin qidalanma ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tərkibindəki lif, vitamin, mineral və antioksidantlar qan təzyiqinə, xolesterinə və damar sağlamlığına müsbət təsir göstərir.

Ürək üçün faydalı meyvələr arasında xüsusilə bunlar qeyd olunur:

Giləmeyvələr – göyəm, çiyələk və böyürtkən damarların fəaliyyətini dəstəkləyən antioksidantlarla zəngindir.

Nar – tərkibindəki polifenollar damarları qorumağa və qan təzyiqinin azalmasına kömək edə bilər.

Alma – tərkinibdə olan faydalı maddələr sayəsində “pis” xolesterinin azalmasına dəstək ola bilər.

Mütəxəssislər ürək sağlamlığını qorumaq üçün gündəlik rasionda kifayət qədər meyvə və tərəvəzə yer verməyi tövsiyə edirlər.