Xəstələr haqlıdır...
Yusif Nəzərli
21:28 08.12.2021
Sağlamlıq
884
Şikayət varsa, mütləq araşdırılmalıdır
Şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var
"İnsulin itə bilməz. Ya dərman kifayət qədər alınmır, ya da paylanmasında problem yaranır"
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var. "Trend" xəbər verir ki, bunu Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova deyib. Onun sözlərinə görə, hər gün bölgələrdən bununla bağlı cəmiyyətə çoxlu sayda şikayətlər daxil olur. "Xəstələr son dövrlərdə dərmanların sayının azaldılmasından gileylənirlər.
Şəkərli diabetlə mübarizə üzrə 2 cür insulin var: qısamüddətli və uzunmüddətli. Xəstə bunların hər ikisini almalıdır.
Amma deyirlər ki, bunlardan birini seçməlisiniz. Belə bir şey ola bilməz. Sonda bu, fəsadların yaranmasına gətirib çıxaracaq və bunun xərcini də yenə dövlət çəkməli olacaq. Çatdırılmada da müəyyən problemlər yaşanır və xəstələr insulini bəzi hallarda vaxtında ala bilmirlər. Nəhayət, ən böyük problem keyfiyyətli insulinlərin keyfiyyətsiz insulinlərlə əvəz olunmasıdır", - deyə M.Ömərova qeyd edib. Səhiyyə Nazirliyindən məsələyə aydınlıq gətirilib. Qurumdan verilən məlumata görə, şəkər dərmanları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alınır və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrinə təqdim edilir. "Dərman preparatlarının xəstələrə paylanması bu müəssisələr tərəfindən həyata keçirilir. Əlavə olaraq bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən yeni hazırlanmış proqram layihəsində şəkərli diabetdən əziyyət çəkən xəstələrə verilən dərmanların adambaşına gündəlik 40 vahid əvəzinə 60 vahidə çatdırılması təklif edilib. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən verilən dərman preparatları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanılaraq sertifikat əldə etdikdən sonra vətəndaşların istifadəsi üçün tibb müəssisələrinə paylanılır", - nazirlik qeyd edir.
TƏBİB-dən də "Trend"ə bildirilib ki, şəkərli diabet xəstəsinə insulin təyini Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Qərarla hər bir xəstə üçün vahid norma müəyyənləşib. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005 ci il tarixli 87 saylı qərarına əsasən hər bir şəkərli diabet xəstəsinə sutkalıq 40 vahid insulin yazılmalıdır. Bu analoq insulinlərdən ayda 4 qələm, digər insulinlərdən isə ayda 1 qələm düşür. Adi insulinləri isə xəstələr aya 1000 vahid, yəni ayda 1 ədəd, 5 aydan bir isə 2 ədəd yəni, 6000 vahid ala bilər. (40 vahid 30 gün =1200 vahid ×5 aya = 6000 vahid=5 flakon)", - deyə məlumatda qeyd olunub. Qeyd edək ki, son məlumatlara görə, ölkədə qeydiyyata alınan şəkərli diabet xəstələrinin sayı 283 min nəfərdir. Dünyada isə şəkərli diabetdən əziyyət çəkənlər 537 milyon nəfər təşkil edir.
Məsələylə bağlı “Şərq”ə açıqlamasında Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla qeyd etdi ki, şikayət varsa, mütləq araşdırılmalıdır:
- Şəkərli diabet xəstələrinin müalicəsi, dərman təminatı ilə bağlı dövlət proqramı var. İcbari Tibbi Sığortayadək də bu paket fəaliyyət göstərib. Diabet xəstələrinin sayı, ünvanları qeydiyyata alınır, orda pulsuz dərman təchizatı ilə bağlı da konkret göstərişlər var, şəkər ölçən aparatla da xəstələr təmin edilməlidir. Bir müddət diabet xəstələrinin insulinlə təmin edilməsində problemlər yarandı, amma sonra problem aradan qaldırıldı. Hazırda vəziyyət necədir, dəqiq deyə bilmərəm. Amma şikayət varsa, araşdırılmalıdır. İnsulin itə bilməz. Ya dərman kifayət qədər alınmır, ya da paylanmasında problem yaranır. Paylanan dərmanların uçotu aparılmalıdır, bilinməlidir ki, nə qədər xəstəyə lazım olan dozada dərman paylanıb. Görünür, müəyyən nöqsanlar var ki, xəstələr narazılıq edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət