Yeni qlobal təhlükə: Cinsi orqanlara yerləşərək sonsuzluğa səbəb olur

Şistozomiyaz, su salyangozları vasitəsilə insanlara keçən parazit qurdlardan yaranan infeksiyadır. Yeni hibrid növ xüsusilə cinsi orqanlara yerləşir, illərlə aşkarlanmayır və həm insan, həm də heyvanlar üçün ciddi risk yaradır.

Sherg.az xəbər verir ki, Xəstəlik dəridən daxil olaraq qan dövranında yayılır, yumurtalarını qaraciyər, ağ ciyər və cinsi orqanlarda qoyur. Müalicə olunmazsa, ağrı, genital lezyon və sonsuzluğa səbəb ola, HIV yoluxma riskini artıra bilər.

Alimlər bildirir ki, iqlim dəyişikliyi və artan səyahətlər bu parazitin yayılmasını sürətləndirir. WHO xəstəliyi qlobal ictimai sağlamlıq üçün təhdid hesab edir və geniş nəzarət tədbirləri tələb olunur.