Türkiyənin Bursa şəhərində salça fabrikləri tərəfindən qəbul edilməyərək otlağa tökülən tonlarla pomidorla bağlı araşdırmanın nəticələri açıqlanıb.
Sherg.az-ın məlumatına görə, Ticarət Nazirliyi bildirib ki, yoxlama zamanı pomidorların əzilmiş, çürümüş, daş və torpaqla qarışmış vəziyyətdə olduğu müəyyən edilib. Məhsulların fabriklər tərəfindən qəbul edilməməsinin səbəbinin keyfiyyətsiz olması olduğu bildirilib.
Nazirlik hadisənin bazarda qıtlıq və qiymət artımı yaratmaq məqsədi daşımadığını açıqlayıb. Lakin pomidorların qanunvericiliyə uyğun olmayan şəkildə məhv edildiyi müəyyənləşib və məsələ ilə bağlı inzibati tədbirlərə başlanılıb.