Yürüşə çıxmışdılar...
Yusif Nəzərli
06:28 07.12.2021
Sağlamlıq
755
Susuzluqdan bütün ailə həlak olub
ABŞ-da təbiət qoynuna yürüşə çıxan cütlük – 45 yaşlı mühəndis Jonathan Gerrish və 31 yaşlı həyat yoldaşı Ellen Chung 1 yaşlı körpə qızları Mijunu da özləri ilə götürüb. Bəslədikləri köpək də yanlarında olub. Lakin bütün ailə üzvləri faciəvi şəkildə vəfat edib. Cütlüyün yürüşə çıxdığı Sierra Milli Parkının daxil olduğu ərazi üzrə polis şefi Jeremy Briese, mediaya açıqlamasında “bu, 20 illik iş təcrübəmdə rastlaşdığım ilk hadisədir”, söyləyib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, cütlük bu il avqustun 17-də Milli Park ərazisində ölü halda tapılıb.
Ərazi polisi və istintaq orqanları ər-arvad və körpənin ölüm səbəbini araşdrımaq üçün geniş təhqiqatlara başlayıb. Təhqiqatın sonucu olaraq 77 səhifəlik izahat tərtib edilib. İzahatda yazılanlar qandondurucudur.
Məlum olub ki, 1 yaşlı körpə ölmədən öncə ata-anası onun həyatda qalması üçün çabalayıb. Cütlük son dəqiqələrədək körpəyə tibbi yardım göstərilməsi üçün çağırışlar edib, lakin onların səsini duyan olmayıb.
Hadisəni araşdıran həyatda qalmaq üzrə bir təlimçi dedektivlərə göndərdiyi e-məktubda “valideynlərin ölümü stress sonrası baş verib. Onlar panikaya düşüblər, körpəyə yardım etməyə çalışarkən yaşadıqları stress və həyəcan səbəbindən öz ölümlərinə yol açdıqlarını düşünürəm”, yazılıb. Təlimçi dedektivlərə “təəssüf ki, cütlük hazırlıqsız yaxalanıb və bunu fərq etdiklərində çarəsizcə həm körpənin, həm də bir-birinin həyatını xilas etməyə çalışıblar”, deyib. Bəs körpənin ölümünə nə səbəb olub? Təhqiqatçılar hər detalı incələyib.
Hətta yaxınlıqdakı Merced çayının suyundan zəhərlənmə ehtimalını da araşdırıb. Lakin ölümün daha çox ehtimal edilən səbəbi hər kəsi heyrətləndirib. Ailə susuzluqdan əziyyət çəkib. Cütlüyün bu yürüş üçün yetərli miqdarda su ehtiyatı olmayıb.
Əvvəlcə körpə gücdən düşüb. Bu da ata-ananı stresə salıb. Birinin gücü tükəndiyində körpə və köpəklə yardım gözləməyə başlayıb, digəri isə irəli gedərək kömək axtarmağa çalışıb. Ölüm səbəbi hədsiz isti hava şəraiti ilə əlaqədar orqanizmin su ehtiyatının tükənməsidir.
Yetərli su olmadığından orqanizmdə hipertermiya və de-hidrasiyon prosesi başlayıb. Ərazinin polis şefi də “bu, 20 illik təcrübəmdə susuzluqdan ölüm faktının baş verdiyi ilk olaydır”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat