Moskva hiddətlənib : uçuşlar təxirə salınır, gürcü suyu və şərabına məhdudiyyət qoyulur, «pul axını»nın qarşısı alınır

Gürcü aparıcının Rusiya prezidenti Vladimir Putini təhqir etməsindən sonra Moskva ciddi qəzəblənib.
« Sherg.az»  « Agence France- Presse»ə istinadən xəbər verir ki, Gürüstanın müxalif mövqeli telekanalı  «Rustavi 2"nin aparıcısı Giorgi Qabunianın canlı yayımda V.Putini təhqir etməsi Rusiyada bəzi hökumət üzvlərini hiddətləndirib.  Və bu hal Moskva ilə Tiflis arasında ciddi böhran yaradıb. 
Ümumiyyətlə, Tiflisdə baş verən narazılıqlar və aparıcnın bu cür çıxışı 2008-ci ildə Gürcüstanın ərazilərini işğal etmək Rusiyanın millət vəkilinin Gürcüstan parlamentində sədrin yerində oturub iclas aparması olub. 
Eyni zamanda sözügedən məsələ ilə bağlı Tiflisdəki aksiyadan sonra Vladimir Putin buna cavab olaraq Rusiyadan Gürcüstan olan ucuşların təxirə salınmasına dair əmr verib. Bunu da təhlükəsizlik məsələləri ilə izah edib. 
Aparıcının Putini təqhir etməsinə sərt reaksiya verənlərdən biri Kremlin sözçüsü Dmitri Peskovdur. O bildirib ki, bunlar qəbuledilməz sözlərdir və məlum məsələ Gürcüstana utanc gətirir. 
Eyni zamanda Gürcüstanın  baş naziri Mamuka Bakadze də bunu qəbul edilməz hal adlandırıb. Bu ölkə prezidenti Salome Zurabaşvili də vurğulayıb ki, bu, Gürcüstanı bölmək, Gürcüstanla Rusiya arasında və regionda gərginlik yaratmaqdır.  «Rustavi 2»kanalının rəhbərliyi də V.Putindən üzr diləyib. Buna rəğmən rusiyalı deputatların qəzəbi soyumayıb. Onlar  bildiriblər ki, Rusiya gürcü suyu və şərabinin idxalını məhdulaşdırmağı nəzərdən keçirməlidir. Çünki su və şərab Gürcüstanın əsas maliyyə qaynaqlarıdır. Bundan başqa parlamentarilər söyləyiblər ki, Rusiyadan Gürcüstana pul axını var və bunu məhdudlaşdırmaq lazımdır. Gürcülərin əksəriyyəti Rusiyada çalışır və artıq bunu da məhdudiyyət tətbiq etməyin zamanıdır. 
Dümanın rəhbəri Vyaçeslav Volodin də diqqətə çatdırırb ki, bu ciddi provokasiyadır :  « Rusiyanı münaqişəyə təhrik etmək istəyir».  Qeyd edək ki, Qeyd edək ki, ötən gün G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqram Gürcüstanda ciddi narazılıqlara səbəb olub.