Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda niyə maraqlıdır ? - AKTUAL
13:01 10.07.2019
Siyasət
832
"Avropa Parlamentinə seçkilər keçirildi. Bu seçkilərdən sonra Avropa İttifaqı strukturlarına yeni şəxslər rəhbər seçildilər. Bu rəhbərlərin seçilməsi üçün Avropa İttifaqına daxil olan dövlətlərin hamısının konsensusu lazımdır. Belə bir konsensus əldə olundu. Buna baxmayaraq, Avropa İttifaqına hələlik rəhbərlik edən şəxslər fəaliyyətlərinə davam edirlər. Məsələn, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk əvvəlcə Ukraynaya, oradan isə Azərbaycana səfər etdi. Polşalı siyasətçi olan Tusk Ukraynana dəstək verir və Rusiyanın siyasətini sərt tənqid edir. Rusiya prezidenti Vladimir Putin son müsahibəsində dedi ki, “liberal dəyərlər artıq işləmir”. Buna münasibət bildirən Donald Tusk Avropanın liberal dəyərlərdən imtina etməyəcini bildirdi. Yəni Tusk Putinə demək istədi ki, Rusiya prezidentinin liberal dəyərlər barədə fikirləri yanlışdır".
Bu barədə "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, D.Tusk iyulun 9-da Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşdü. Bu görüşdə bir neçə amil diqqəti çəkdi:
"Birincisi, Azərbaycanın iştirakçısı olduğu enerji layihələri və qazın Avropaya çatdırılması ətrafında fikir mübadiləsi aparıldı. Tusk bu əməkdaşlığı yüksək qiymətləndirdi və İlham Əliyevin bu istiqamətdəki səylərini dəstəklədiklərini dedi.
İkincisi, Azərbaycan prezidenti diqqəti Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının işğal altında qalmasına yönəltdi. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də göstərir.
Üçüncüsü, Azərbaycanla Avropa İttifaqı arasında strateji əməkdaşlıq sazişinin imzalanması vacibliyi vurğulandı. Danışıqlar hələ davam edir. Sənədin böyük hissəsi artır hazırdır.
Dördüncüsü, Donald Tusk İlham Əliyevlə görüşdə qanunu aliliyinə, insan haqları və digər azadlıqlara diqqəti çəkdi. Yəni Tusk demək istədi ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq enerji və təhlükəsizlik mövzuları ilə yanaşı demokratiya məsələrini də əsas tutacaq. Təsadüfi deyil ki, Donald Tusk Prezident İlham Əliyevlə yanaşı Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb, fikir mübadiləsi aparıb.
Beləliklə, bu Donald Tuskun Avropa İttifaqı Şurasının Prezidenti qismində Azərbaycana son səfəri idi. Bundan sonra rəsmi Bakı Avropa İttifaqının yeni rəhbərləri ilə işləyəcək. Azərbaycan gələn ildən başlayaraq Avropaya qaz nəql edəcək. Digər tərəfdən Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqına üzv ölkələrdir. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanması vacibdir. Bu saziş birinci növbədə Azərbaycana lazımdır ki, Avropa İttifaqı ilə münasibətlərin dəqiq çizgiləri müəyyənləşsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İbrahim Tatlısəsdən pis xəbər: yerimək qabiliyyətini itirdi
23:58 25.11.2024
Dünya
Türkiyə ordusu daha 10 terrorçunu zərərsizləşdirdi
23:48 25.11.2024
Dünya
Leyla Əliyeva Memarlar İttifaqını ziyarət etdi
23:38 25.11.2024
Gündəm
Hacıqabulda zəncirvari qəza baş verib
23:27 25.11.2024
Hadisə
Putin onu xüsusi nümayəndə təyin etdi
23:15 25.11.2024
Dünya
İlham Əliyev Donald Trampa zəng edib
22:44 25.11.2024
Siyasət
Bu hədəfə doğru irəliləyirik - Ərdoğan
22:32 25.11.2024
Dünya
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib
22:25 25.11.2024
Hadisə
Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb
22:06 25.11.2024
Hadisə
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək
21:47 25.11.2024
Dünya
Ermənistan pərdə altında sülhü sabotaj edir- ŞƏRH
21:31 25.11.2024
Gündəm
Paşinyan Aşqabada getməkdən imtina etdi
21:26 25.11.2024
Dünya
İranın bir neçə aya nüvə silahı əldə etməsi gözlənilir -RƏY
20:48 25.11.2024
Dünya
Bakı-Qazax yolunda zəncirvari qəza olub
20:33 25.11.2024
Hadisə
BƏƏ-yə məxsus təyyarə məcburi Bakıya eniş etdi
20:20 25.11.2024
Gündəm
AZ QALDI: Tramp bütün transseksualları ordudan qovacaq
20:01 25.11.2024
Dünya
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb
19:58 25.11.2024
Hadisə
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
19:32 25.11.2024
Gündəm
NATO nümayəndə heyəti ilə görüş keçirilib
19:29 25.11.2024
Gündəm
Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
19:08 25.11.2024
Gündəm
Hakan Fidan NATO baş katibi ilə görüşdü
18:59 25.11.2024
Dünya
Əhalimizlə açıq danışmalıyıq...
18:50 25.11.2024
Gündəm
Misirdə turist gəmisi Qırmızı dənizdə batıb
18:21 25.11.2024
Dünya
Hərbi-ekspert Ədalət Verdiyev həbs edilib
18:02 25.11.2024
Hadisə
Xalası oğluna ərə verilən 11 yaşlı qızla bağlı yeni DETALLAR
17:55 25.11.2024
Cəmiyyət