“Nikol Paşinyan çıxılmaz durumdadır. O, Qərbdən kredit dilənir və istəyinə nail ola bilmir”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.
Ekspert bildirib ki, Vaşinqton İrəvanı küncə sıxıb:
“Bəzi araşdırmaçılar hesab edirlər ki, erməni müdafiə nazirinin ABŞ-a səfəri zamanı Ermənistanın öz ərazisindən qonşusu İrana qarşı əməliyyatlarda istifadə olunmasına razılıq vermə ehtimalı müzakirə olunub.
Lakin nəzərə alsaq ki, Qafqaz regionunda, o cümlədən Ermənistan ərazisində Rusiyanın hərbi qüvvələri var, bu halda Amerika ordusu necə burada yerləşdirilə bilər?! Bu variant o qədər də inandırıcı deyil.
Onu da qeyd edim ki, çevriliş Ermənistana nə sabitlik gətirdi, nə də iqtisadi problemlərini həll etdi.
Çünki, Ermənistanın işğalçı siyasəti onu əhəmiyyətli regionlar layihələrdən kənarda saxlayıb.
Ölkə iqtisadiyyatının güclənməsi üçün Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələr qurmalıdır.
Bu Qarabağ problemini həll etmədən, qondarma “soyqırım” iddialarından əl çəkmədən mümkün deyil”.
Analitikin sözlərinə görə, Paşinyan baş nazir kimi ilk açıqlamasında Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcəyini, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları təkrar bərpa edəcəyini açıqlamışdı:
“Bununla hamının “könlünü almağa” çalışdı və özü üçün siyasi mənada manevr imkanı qazandı. Bu bir tərəfdən də Ermənistanın yürütdüyü siyasətin dəyişməyəcəyini göstərir.
Paşinyanın Rusiya ilə hərbi sahədə iş birliyini davam etdirmək istəməsinin isə bir səbəbi var. Bu, Dağlıq Qarabağ məsələsində geri addım atmamaq niyyətindən qaynaqlanır.
Paşinyan əvvəlki ölkə başçılarından daha sərt mövqe sərgiləyəcək. Bu isə Ermənistanın heç bir probleminin həll olunmayacağına işarədir.
Rusiya Ermənistanın Qərblə yaxınlaşmasına imkan verməyəcək və bunun üçün əlindəki bütün vasitələrlə ona təzyiq edəcək. Bu baxımdan, erməni nazirlərin Vaşinqtona səfərini önəmli hesab etmirəm”.
“Rusiya Ermənistanın Qərblə yaxınlaşmasına imkan verməyəcək...”
14:11 18.07.2019
Siyasət
826
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyada 200 şirkət 4 günlük iş həftəsinə keçdi
06:01 29.01.2025
Maraqlı
Zəhərlənmələr: İlk addım, ilk yardım...
05:50 29.01.2025
Gündəm
"Kapital Bank"ın sistemi saatlarla işləmədi - Nə baş verdi?
"Kapital Bank"ın sistemi saatlarla işləmədi - Nə baş verdi?
05:25 29.01.2025
Ölkə
3 aylıq körpəsini rəfiqəsinə qoyub yoxa çıxdı - Ağlasığmaz hadisə
04:44 29.01.2025
Hadisə
İsrail HHQ Livanda “Hizbullah”ın avtomobillərinə hücum edib
03:48 29.01.2025
Dünya
Bu şəhərdə siqaret çəkmək qadağan edildi
03:14 29.01.2025
Maraqlı
Rusiya nümayəndə heyəti Əhməd əl-Şara ilə danışıqlar aparıb
02:51 29.01.2025
Siyasət
Rusiya Nikolayevə raket zərbəsi endirdi: ölənlər var
02:26 29.01.2025
Dünya
ABŞ Polşaya radar əleyhinə raketlər göndərəcək
01:44 29.01.2025
Hərbi
Son 2 ilin ən çox izlənən serialı oldu
00:53 29.01.2025
Şou
Tramp Netanyahunu Ağ Evdə görüşə dəvət etdi
00:33 29.01.2025
Dünya
7 qızıl qayda: Yaponların sağlam həyat sirri
00:07 29.01.2025
Sağlamlıq
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək
00:00 29.01.2025
Ölkə
Sağlam qidalanma və qanazlığı arasında əlaqə nədir?
23:46 28.01.2025
Sağlamlıq
BMT: UNRWA-nın fəaliyyəti 48 saat ərzində dayandırılacaq
23:17 28.01.2025
Dünya
İtaliyanın baş nazirinə qarşı istintaq prosesi başladıldı
23:04 28.01.2025
Hadisə
İspaniya Ukraynaya 10 milyon avroluq humanitar yardım göndərəcək
22:49 28.01.2025
Gündəm
Cokoviçin şərəfinə 54,9 min avroluq saat
22:35 28.01.2025
Maraqlı
Rusiya ən çox əti bu ölkələrə satdı - Rekord
22:28 28.01.2025
Dünya
ƏƏSMN: Pensiyalar gələn ay artırılmış məbləğdə veriləcək
22:18 28.01.2025
Sosial
DQİDK yas mərasimləri ilə bağlı məsələyə aydınlıq gətirib
22:06 28.01.2025
Cəmiyyət
"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri açıqlandı
21:43 28.01.2025
İdman
İmamoğlu şikayət etdi, məşhur aparıcı saxlanıldı
21:25 28.01.2025
Gündəm