Milliyətçi Hərəkat Partiyasından ayrılaraq təsis edilən İYİ Partiyanın başqanı Meral Akşener Avropa Birliyinin Türkiyəyə tətbiq etdiyi sanksiyanı tənqid edib.
O qeyd edib ki, müxalif partiya olaraq daim hakim AKP-ni tənqid ediblər və yanlışlarını söyləyiblər:
"Amma bugünkü duruma görə birmənalı şəkildə AKP-nin arxasında olduğumuzu bəyan edirik. Sanksiya tətbiq edən Avropa Birliyinə də sözüm var. Avropa özünü mədəniyyətin, haqq və hüququn “beşiyi” elan edir, amma türk millətinin Aralıq dənizində, Kiprdə məruz qaldığı ədalətsizliyə dəstək verir.
AB sanksiya tətbiq etmək əvəzinə bu hərəkətindən utanmalıdır”.