ABŞ rəsmisi: "İran danışıqlara hazır olması ilə bağlı siqnallar göndərir"



İran hakimiyyəti ABŞ administrasiyası ilə problemli məsələlərin həlli üçün danışıqlara hazır olması ilə bağlı siqnallar göndərməyə başlayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir fikirləri ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelker səsləndirib.

“Əlbəttə, biz iranlıların danışıq masasına oturmağa hazır olduqları ilə bağlı göndərdikləri siqnalları görürük. Sual yaradan məqam odur ki, bu siqnallar doğrudurmu, bu, hələlik cavabsız qalıb”, - deyə Mandelker bildirib.