Gürcüstan Prezidenti Salome Zurabişvilinin mətbuat katibi Xatiya Moistsrapişvili istefa verib.
Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan mətbuatı yayıb. Onun istefasına əsas səbəb kimi prezidentlə bir sıra məsələlərdə fikir ayrılığının yaranması olub.
Qeyd edək ki, Xatiya Moistsrapişvili bu ilin yanvarında mətbuat katibi təyin edilmişdi.