Kuşadası Bələdiyyəsi qarşısında çıxış edən CHP-nın sədri Kamal Kılıçdaroğluna yumurta atdılar.
Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, CHP-nın sədri Kamal Kılıçdaroğlu azan səslənən zaman nitqi dayandırıb. Bu vaxt ora toplaşanlardan biri Kılıçdaroğluna 4 ədəd yumurta atıb.
Buna reaksiya verməyən və azan bitdikdən sonra insanları salamlayaraq çıxışına davam edən Kılıçdaroğlu söyləyib ki, heç kim onu yolundan döndərə bilməz:
“Bu ölkənin insanlarına etibar edirəm, ədalət hissinə güvənirəm. Nə təzyiq göstərirlərsə göstərsinlər. Millət öz vətəni üçün, bayrağı üçün nə lazımdırsa etməlidir. Birlikdə dinclik içərisində yaşayacağımız Türkiyə üçün mübarizə aparmalıyıq. Mən millətin problemlərini səsləndirəndə, kimlərsə bundan narahat olur. “Kılıçdaroğlu niyə belə danışır”, deyirlər. Əziyyət çəkən insanların problemlərini hər zaman dilə gətirəcəyəm. Sözüm sözdür!”.
O, daha sonra Mustafa Kamal və onun dostlarına söz ünvanlayıb: “Gözəl respublikamızı demokratiya ilə taclandıracağıq. Hər birimiz hər tərəfdə əmin-amanlıq və güclü bir Türkiyə üçün mübarizə aparacağıq. Ən son demokratiya mübarizəsini İstanbulda apardıq. Məruzəçilərin nəzarəti altında seçkilərimizi ləğv etdilər. Biz millətimin vicdanına və ədalətinə güvənirik. 13 min fərq, 806 minə düşdü. Xalqımız bunu qazandı. Bu ölkənin millətinə çox inanıram. Şərqdən, Qərbdən, Şimaldan və Cənubdan olan hər kəsə qucaq açacağıq. Heç vaxt heç kimin təzyiqlərini qəbul etməyəcəyik. Babalarımız da boyun əymədi, biz də əyməyəcəyik. Sülh içində yaşayacağıq”.
Qeyd edilir ki, Kılıçdaroğluna yumurta atan şəxs saxlanılıb. Həmin şəxsin bir müddət rayonda ticarət işi ilə məşğul olduğu, hazırda isə işsiz qaldığı məlum olub.