Rusiyada vahid səsvermə keçirilir


Bu gün Rusiyada vahid səsvermə günüdür.

AZƏRTAC xəbər verir ki, vahid səsvermə çərçivəsində 85 regionda müxtəlif səviyyələrdə seçkilər, o cümlədən 13 regionda qanunvericilik orqanlarına, 22 inzibati mərkəzdə Şəhər Dumasına seçkilər, 16 regionda qubernator, 3 regionda isə bələdiyyə başçıları seçkiləri, Xabarovsk diyarı, Novqorod, Sverdlovsk və Orlov vilayətində Dövlət Dumasına təkrar seçkilər keçirilir.

Rusiya Prezidenti Vladimir Putin Rusiya Elmlər Akademiyasında yaradılmış seçki məntəqəsində Moskva Dövlət Dumasına seçkilərdə səs verib.

İnquşetiyada isə regionun rəhbəri artıq seçilib. Məhəmməd Əli Kalimatov İnquşetiya Respublikasının başçısı seçilib. Elə bu gün də o, respublikanın rəhbəri kimi and içib. İnquşetiya qanunlarına görə, respublikanın rəhbəri parlamentin deputatları tərəfindən gizli səsvermə yolu ilə seçilir.