Əli Əhmədov: "Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı heç kimdə sübhə doğurmasın"


Dünən hərbi hissəyə getdim. Əsgərlərimizlə görüşdüm. Onlarla bir yerdə yemək yedik. Bir daha Ordumuzla, qəhrəman əsgərlərimizlə qürur duydum. Onlar əsl igidlərdir, məlum Aprel döyüşlərini yaradan igidlər.

*Sherg.az" Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan fəxr edə bilər ki, belə ordusu, qəhrəman əsgərləri var:

"Bu cəngavərlərin qarşısında heç kim duruş gətirə bilməz. Ermənilər də bilir. Ona görə də siyasi şoular təşkil edir, zəiflik, gücsüzlük kompleksini ört-basdır etməyə çalışırlar. Yazıqlar olsun ki, xaricdə sığınacaq tapmış müxalifət nümayəndələri Ordumuzla fəxr edib qürur duymaq əvəzinə, Ermənistana və onun prezidentinə heyranlıqlarını gizlədə bilmirlər. Onlara nə ad verək?!"

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı, torpaqlarımızın geri qaytarılacağı heç kimdə sübhə doğurmasın: "Münaqişəni həll etmək üçün danışıqların uzanması belə şübhələrin yaranmasına rəvac verə bilməz və verməməlidir. Çünki son sözü Azərbaycan əsgəri, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı deyəcək. Eşq olsun Azərbaycan əsgərinə".