Milli Şuranın piketinə icazə verildi

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 8-nə təyin etdiyi piketlə bağlı müraciətinə cavab verib.

APA -nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və saat 15:00-dan 16:00-dək icra hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piketin keçirilməsinə razılıq verilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.