“Azərbaycan Kommunist Partiyası bu günlərdə özünün mərkəzi komitəsinin növbəti pleniumu keçirdi”.
Bu özləri Sherg.az-a açıqlamasında partiyanın sədri Rauf Qurbanov deyib.
Onun sözlərinə görə, pleniumda müzakirə edilən əsas məsələlərdən biri qarşıdakı bələdiyyə seçkilərinə qatılıb-qatılmamaq qərarı olub:
"Geniş müzakirədən sonra qərara gəldik ki, rayon, şəhər komitə sədrləri ilə görüşək və bələdiyyə seçkilərində öz namizədlərimizi irəli sürək. Bələdiyyə seçkiləri həm də parlament seçkiləri üçün bir tramplin rolunu oynayır. Biz həmişə Azərbaycanın ictimia-siyasi həyatında fəal olmuşuq. İstəyirik ki, 2020-ci ildə keçiriləcək parlament seçkilərində fəal iştirak edək və özümüzün layiqli namizədlərimizi irəli sürək. Qeyd etdiyim ki, biz fəaliyyətimizi fəal surətdə davam etdiririk".
R.Qurbanov onu da deyib ki, bu yaxınlarda Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb:
"Həmçinin də bu ölkənin səfiri ilə görüşdüm. Bir neçə gündən sonra səfirlə növbəti görüşümüz olacaq. Belə işgüzar danışıqlar, dövlətlər, xalqlar arası münasibətlərin möhkəmlənməsi baxımnından mühüm əhəmiyyətə malikdir".
Kənan Novruzov