Milli Məclisinin spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən bugünkü iclasında “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” sənədə baxılıb.
Sherg.az-ın məlumatına görə, deputatların səsverməsi ilə Ə.Əsədov Azərbaycanın yeni Baş naziri seçilib.
Milli Məclis Ə.Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verdikdən sonra Prezidentin sərəncamı ilə o, bu vəzifəyə təyin edilir.
Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.
Ə.Əsədov Prezidentin İqtisadi məsələlər üzrə köməkçisidir.
12:08
"Baş Nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi barədə Prezident İlham Əliyevə müraciət edib”.
Bunu Milli Məclisdə “Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin müzakirəsi zamanı spiker Oqtay Əsədov bildirib.
O. Əsədov deyib ki, Prezident İlham Əliyev Əli Əsədovun Baş Nazir təyin edilməsi haqqında parlamentdə müraciət edib.
Daha sonra spiker Ə. Əsədovun tərcümeyi-halı barədə məlumat verib.
12:02
Milli Məclisinin plenar iclası başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın iclasın gündəliyinə 14 məsələ daxildir.
Bunlar “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında”, "Dövlət rüsumu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında", "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında", "Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" və "Təhsil haqqında" və s. qanunlara, eləcə də İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir. Layihələr II və III oxunuşda müzakirə ediləcək.
İclasda Əli Əsədov da iştirak edir.
09:38
Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.
Bu barədə Milli Məclisin açıqladığı gündəlikdə bildirilib.
Qeyd edək ki, Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.