Əfqanıstanda narkotrafikin güclənməsi bizim ailələrimizə birbaşa təsir edir. Əfsuslar olsun ki, bu gün dünyada oyun qaydaları Bandunq prinsiplərindən çox uzaqdır.
Halbuki, bizim hərəkat dialoqun carçısıdır. Biz istərdik ki, Əfqanıstanda mövcud olan problemlərin həlli, o cümlədən narkotik maddələrin yayılmasının qarşısnın alınması istiqamətində həll variantları tapılsın.
Teleqraf.com xəbər verir ki, bunu Qoşulmama Hərəkatının sammitində çıxışı zamanı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani bildirib.
O qeyd edib ki, Malayziya Baş naziri sammitdə çox mühüm təkliflərlə çıxış etdi. Əfqanılstan Prezidenti Azərbaycanın təşkilata sədrliyi dövründə Qoşulmama Hərəkatına yeni bir canlanma gətiriləcəyinə əmin olduğunu vurğulayıb:
“Əlbəttə, biz boşluqları da qeyd edə bilərik. Keçmiş Yuqoslaviyanın dağılması, Ruandadakı soyqırımı bu qəbildəndir. Bizim ölkəmizə gəldikdə isə 40 ildən çoxdur ki, böhran başa çatmayıb. Buna görə də bəyan edirik ki, 1999-cu ildə xalqımızın başına gətirilən bu müsibətləri unutmayacağıq. Əlbəttə, Əfqanıstan rəhbərliyi son illərdə xaricdən maliyyə yardımı aldı.
Biz bu gün ölkəmizin 90 faizinə nəzarət edirik. Amma “Taliban” hələ də fəaliyyətdədir. Biz istəyirik ki, ölkəmizdə sülh bərqərar olsun. Biz bu təşəbbüslərdə iştirak edirik və edəcəyik. “Taliban”la mübarizəyə gəldikdə 20 il öncə ilə vəziyyət indiki kimi qalır. Biz oktyabrın 4-də seçki keçirdik. Seçkinin nəticələri heç kimdə etiraz doğurmadı”.
Əşrəf Qani bildirib ki, bu gün Əfqanıstan hökumətinin siyasətinin əsasını qanunçuluğun qorunması təşkil edib.