Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası başlayıb.
APA -nın xəbərinə görə, iclasda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edirlər.
İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.