Şimali Makedoniya və Albaniyanın Avropa İttifaqına qəbulu ilə bağlı danışıqlar növbəti ilin martından başlana bilər.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Qərbi Balkanlar üzrə nümayəndəsi Metyu Palmer deyib.
“Biz avropalı partnyorlarımızla sıx əməkdaşlıq etməyə çalışırıq. Şimali Makedoniya və Albaniyanın ittifaqa üzvlüyü ilə bağlı ən qısa zamanda müsbət cavab alınması üçün tezliklə danışıqları başlada bilərik. Ümid edirik ki, martda danışıqlar başlanacaq”, - deyə diplomat bildirib.