Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Xəzər Universitetində “Avropa İttifaqı-Azərbaycan əlaqələri” mövzusunda seminar keçirib.
Universitetdən bildirilib ki, seminarda “Şərq tərəfdaşlığı” proqramında Azərbaycanın rolu və Aİ ilə ölkəmiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin perspektivləri müzakirə edilib.
Seminardan sonra Kestutis Yankauskas Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları ilə görüşüb. Səfirə Xəzər Universitetinin tarixi, dərəcə proqramları, beynəlxalq əlaqələri və universitetin “Erasmus+” layihələrində iştirakı barədə məlumat verilib.