Nikolun sərsəmləmələri: Paşinyanın absurd iddialarına vaxtında cavab verməliyik

“Düşmənə qarşı heç bir halda mərhəmətli olmaq olmaz. Müharibə meydanında da, söz savaşında da öz gücümüzü ortaya qoymalıyıq”. Bunu Sherg.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının dossenti, siyasi elmlər namizədi Elşad Mirbəşiroğlu deyib. 

Analitik bildirib ki, dünyada ermənilərin neqativ xüsusiyyətləri haqqında kifayət qədər aydın təsəvvürlər mövcuddur: 

“Ermənilər həmişə fitnə saçan, başqasının əlində alət olan bir xalq olub. Düşmən ölkə hər zaman Azərbaycana qarşı informasiya müharibəsində bütün vasitələrdən istifadə etməyə çalışıb. Erməni futbolçu Mxitaryanla bağlı Azərbaycan tərəfi kifayət qədər tutarlı arqumentlər ortaya qoyub. Mxitaryana qədər Azərbaycana erməni millətindən olan onlarla şəxslərin səfərləri baş tutub. Ermənilərin təhlükəsizliyi tam şəkildə qorunub. Bəllidir ki, bu cür gedişlər sadəcə olaraq Azərbaycanın beynəlxalq uğurlarını həzm etməməkdən irəli gəlir. Hamı bilir ki, o zaman məqsəd Mxitaryanın Azərbaycana gəlməsini önləmək və bunun üzərindən ölkəmizə qarşı informasiya müharibəsi aparmaq idi. Düşmən tərəf yaranmış fürsətdən istifadə edərək Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışırdı. Ancaq ermənilərin bütün istəkləri fiaskoya uğradı. Azərbaycana qarşı Ermənistan tərəfindən irəli sürülən qarayaxma kampaniyası ilkin mərhələdə məğlubiyyətə uğradıldı”. 



Politoloq: “Erməni baş nazirin daxili auditoriyaya verəcəyi bir şey qalmayıb. Ona görə də Paşinyan öz karyerasını Azərbaycana qarşı təxribatlar və yalan informasiyalar üzərindən qurur"


E.Mirbəşiroğlunun sözlərinə görə, artıq dünyada Azərbaycan kifayət qədər pozitiv imicə malikdir: 

“Ermənistan isə hər zaman təxribatların içində olan ölkə kimi tanınıb. Əlbəttə, Ermənistan düşmən dövlətdir. Düşmən ölkə bizim əleyhimizə olan istənilən üsuldan istifadə etməyə çalışacaq. Lakin biz bütün cəhdlərin qarşısını qətiyyətlə almalıyıq. Ermənilərin iç üzünün ifşa edilməsi, bir xalq olaraq tarixən təxribatların törədilməsində yaxından iştirak etmələri dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Hesab edirəm ki, erməni xalqı bütün keyfiyyətsizliklərə malikdir. Bəşəriyyət, sülh və təhlükəsizlik üçün təhdid yaradacaq bütün əlamətlər məhz ermənilərdən qaynaqlanır”. 

Politoloq vurğulayıb ki, Paşinyanın Azərbaycana qarşı qarayaxma kampaniyasında birbaşa iştirak etməsi səbəbsiz deyil: 

“Erməni baş nazirin daxili auditoriyaya verəcəyi bir şey qalmayıb. Ona görə də Paşinyan öz karyerasını Azərbaycana qarşı təxribatlar və yalan informasiyalar üzərindən qurur. Erməni baş nazirin cavabını informasiya müharibəsi ilə vaxtında verməliyik. Beynəlxalq aləmin diqqəti Paşinyanın ziddiyyətli açıqlamalarına yönəltməliyik və bunun liderlərə xas xüsusiyyət olmadığını vurğulamalıyıq”.