Azərbaycan Xarici İşlər Nazirliyi İdlibdə 33 türkiyəli əsgərin şəhid olması ilə bağlı rəsmi Ankaraya başsağlığı verib.
Bununla bağlı Azərbaycan XİN-in rəsmi “Twitter” hesabında paylaşım edilib:
“İdlibdə Türkiyə əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, #KardeşTürkiye”.