Tacikistanda parlament seçkilərində səsvermə başlayıb



Tacikistanda yerli vaxtla saat 06:00-da parlamentin aşağı palatasına seçkilərdə səsvermə başlayıb.

AZƏRTAC xəbər verir ki, vətəndaşların 63 deputat seçməsi üçün ölkədə 3412 seçki məntəqəsi fəaliyyət göstərir. MDB ölkələrindən olan beynəlxalq müşahidəçilərin aralıq hesabatına əsasən, 4,9 milyon vətəndaş seçici siyahısına daxil edilib.

Ölkədə səsvermə yerli vaxtla saat 20:00-a qədər davam edəcək.

Respublikadan kənarda olan Tacikistan vətəndaşları üçün 30 səfirlik və 9 konsulluqda 39 seçki məntəqəsi açılacaq.

Seçkilərin ilkin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən martın 2-si açıqlanacaq.