Ərdoğan və Putinin görüşəcəyi tarix məlum oldu


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında növbəti görüşün tarix məlum olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan və V. Putin arasında görüş martın 5-də baş tutacaq.

Moskvada keçiriləcək görüşdə Suriyanın İdlib vilayətində yaşanan gərginlikdən çıxış yolları müzakirə ediləcək.