Türkiyə və Rusiya Xarici İşlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub.
""Sherg.az" qafqazinfo-ya istinadən xəbər verir ki, XİN başçıları hər iki ölkə prezidentlərinin baş tutacaq görüşləri barədə fikir mübadiləsi aparıblar.
"Bizim nazir rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb. Liderlərin görüşü öncəsi məsələlər müzakirə olunub", - agentliyin Türkiyə XİN-dəki həmsöhbəti deyib.
Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Suriyanın İdlib vilayətində yaşanan gərginliklə bağlı martın 5-də Moskvada görüş keçiriləcək.