Konstitusiya Məhkəməsinin Plenumunun Milli Məclisə seçkilərlə bağlı iclası mətbuata açıq keçiriləcək.
Bu barədə Konstitusiya Məhkəməsindən bildirilib.
Qeyd edək ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-i saat 10:00-a təyin edilib.
Xatırladaq ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilmişdi.