Azərbaycanda Qərbin 5-ci kolonu olduqca zəifləyib - Politoloq

"Ölkəmizdə "5-ci kolon"un fəaliyyəti təhlükəsizlik və mili maraqlarımıza qarşı fəaliyyətdə olan digər ölkələrin maraqlarının təmin olunması deməkdir".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, ən təhlükəsi Rusiyanın müxtəlif dairələrinə bağlı kolondur: 

"Bu dövlətin təməl prinsiplərini, müstəqilliyinə ən başlıca təhlükədir.  Digər mərkəzlərin kolonları, əsasən Qərbin kolonunun ölkədə ciddi sürətdə dayaqları məhv edilib. Post-sovet məkanında  "məxməri inqilabları" məhz Qərbin 5-ci kolonu həyata keçirirdi. Son dəfə Ermənistanda buna nail oldular. Azərbaycanda Qərbin 5-ci kolonu olduqca zəifləyib.
İran da məzhəbçilik vasitəsilə öz kolonunu formalaşdırmağa cəhd edir, təəssüf ki, bəzi vaxtlarda buna nail olub".

Analitikə görə, ilk növbədə dövlətçilik və Azərbaycançılıq başlıca amil olmalı və birlik nümayiş etdirilməlidir: 

"Ərazilərimizin işğalı və ölkədə zamanla  siyasi deqredadasiya məhz digər ölkələrin maraqlarını təmin etmək üçün bu qrupların fəaliyyətinin nəticəsi olub. Azərbaycanda "5-ci kolon" var. Rusiya faktoru hələki öndədir".